Astaranın deputatı balıq biznesinə girişib
Azərbaycanda millət vəkilinin bizneslə məşğul olması qanunvericiliklə qadağandır. Lakin bir çox parlament üzvlərinin biznes fəaliyyəti var. Bu haqda faktlar və sənədlərlə materiallar ictimailəşdirilib. Cumhuriyyet.az-a daxil olan məlumata görə, daha bir deputatın biznesi üzə çıxıb. Xəbərə görə, sözügedən deputat Rəşad Mahmudovdur. Astaradan millət vəkili, tanınmış ürək cərrahı olan Rəşad Mahmudovun balıq vətəgəsi biznesi qurduğu bildirilir. Belə ki, Astaranın Şahağacı kəndində deputata məxsus balıq vətəgəsinin olduğu bildirilir. Məlumatda deyilir ki, vətəgədə ağ balıq və başqa növ dəniz məhsulları var. Deputatın balıq biznesinə girişdiyi haqda xəbəri dəqiqləşdirmək üçün onun mövqeyini işıqlandırmağa hazırıq.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş:





















