Yanvarda 5 gün dərs olmayacaq
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili başlayacaq. Mediaxeberleri.Az milli.az-a istinadən xəbər verir ki, məktəblilərin qış tətili yanvarın son həftəsində (27-31 yanvar) olur, bu, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarına əsaslanır. 2025-2026-ci tədris ili üçün də məktəblilərin qış tətili yanvarın 27-dən başlayacaq. Fevralın 1-i bazar gününə düşdüyündən, ikinci yarımilin ilk dərs günü 2 fevralda olacaq.
Oxunub: 239
Xəbəri paylaş
Paylaş:





















