Keçən il 284 nəfərə fəlsəfə doktoru, 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib
Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb. Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb. Keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb. Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 2025-ci ildə 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş:





















