Deputat Heydər Əliyevin anım tədbirini yarımçıq tərk etdi – İCRA BAŞÇISI NARAZI QALDI...
Dekabrın 11-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə diqqətçəkən hadisə baş verib. Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Bir millətin işığına çevrilmiş lider” adlı tədbir Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə icra başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. “AzPolitika”-ya daxil olan məlumata görə, deputat Qaya Məmmədovun tədbiri yarımçıq tərk etməsi icra başçısı Adil Əliyevi narazı salıb. Belə ki, onun çıxış etdiyi dəqiqələrdə deputat telefon zənginə cavab verib və daha sonra zaldan çıxıb. Deputatın bu gözlənilməz hərəkəti A.Əliyevin diqqətindən yayınmayıb, o çıxışına pauza verərək “təbdirdə bir deputatımız vardı, o da getdi” replikası səsləndirib. Q.Məmmədovun Heydər Əliyevin anım tədbirini hansı səbəbdən yarımçıq tərk etməsi məlum deyil.























