Nazir idarə rəisini işdən çıxardı
Kənd Təsərrüfatı Nazirliyinin Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb. Mediaxeberleri.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Mühasir İmam oğlu Abdullayev vəzifəsindən azad olunaraq, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktor əvəzi təyin edilib. Qeyd edək ki, ötən ay Fəda Əli oğlu Abbasov Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















