Dünya bazarlarında neftin qiyməti 85 dollara yaxınlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin dekabr müqaviləsinin dəyəri 0,51 dollar və ya 0,61% artaraq 1 barelə görə 84,58 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 0,58% artaraq 82,79 dollara yüksəlib.
 
 
Oxunub: 342
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















