İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib. Bu barədə Mediaxeberleri.Az-a AQTA-dan məlumat verilib. Sun Food MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu EkoSum MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
 
 
Oxunub: 353
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















