Hazırda bu yollarda TIXAC var
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metrostansiyası istiqamətində; 3. "20 Yanvar" dairəsində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində; 8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 9. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.