Rus əsgərlər ailəni güllələdi, azyaşlını qalxana çevirdi - Video
Donetsk vilayətində Rusiya hərbçilərinin dinc sakinlərə qarşı daha bir ağır cinayət törətdiyi bildirilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb. Məlumata görə, Rusiya əsgərləri Donetsk vilayətində bir mülki ailəni güllələyiblər. Ailə üzvlərindən biri - azyaşlı qız sağ qalıb və hərbçilər onu girov götürərək, kənd ərazisində irəliləmək üçün “canlı qalxan” kimi istifadə ediblər. “Cəsədləri çıxarın ki, uşaq onları görməsin. Ona toxunmayın, yedizdirin, içizdirin”, - videogörüntülərdə eşidilən səslərdə əsgərlər deyir.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: