Azərbaycanın millisi Monteneqroya qalib gəldi
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar. Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə nəticələnib.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: