UEFA Çempionlar Liqası: PSJ-dən asan, "Liverpul"dan isə çətin qalibiyyət
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turun daha 6 oyunu keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, turnirin son qalibi olan PSJ Parisdə "Atalanta"n darmadağın edib - 4:0. "Qarabağ"ın rəqiblərindən "Ayaks" öz meydanında "İnter"lə üz-üzə gəlib və məğlub olub - 0:2.. "Liverpul" ebdə "Atletiko"ya qalib gəlib - 3:2. "Çelsi" səfərdə "Bavariya"ya uduzub - 1:3. Xatırladaq ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən sentyabrın 16-da ilk oyununa çıxıb və Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. 17 sentyabr UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0 "Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) - 2:2 Qollar: Mboci (23, 74); Bassi (78), Brunstad (90) PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0 Qollar: Markinyos (3), Kvartsaxeliya (39), Mendeş (51, 90+1) "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1 Qollar: Çaloba (20, aq), Keyn (27 p, 63); Palmer (29) "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2 Qollar: Robertson (4), Salah (6), Van Deyk (90+2); Lorente (45+3, 81) "Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2 Qollar: Türam (42, 47) 16 sentyabr PSV (Niderland) - “Yunion” (Belçika) - 1:3 “Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) - 0:2 “Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa) - 2:1 “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3 “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 4:4 “Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0 Turun digər 6 oyunu isə sentyabrın 18-də keçiriləcək.