Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə

  • Tarix: 4-10-2023, 21:22

Ölkəmiz uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qalmışdı. Erməni işğalında qalan rayonlarımızdan biri də Cəbrayıl rayonudur ki, bu rayon 27 il boyunca işğaldan əziyyət çəkdi. İşğala qədər 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna erməni işğalı zamanı 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olan Cəbrayıl rayonunda dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olan Cəbrayıl rayonunda elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.

İşğal nəticəsində rayonda bütün maddi-mədəni abidələr-“Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Çox təəssüflər olsun ki, otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirdi və münaqişənin həlli istiqamətində əməli addımlar atmadı. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Lakin məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdiyi halda təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğalla əsla barışa bilməzdi. Hələ 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən müharibəsinin ilk günündə, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri 3 oktybar tarixində, Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri 4 oktyabr tarixində işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

Rəşadətli Ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və şücaəti qiymətləndirmək məqsədi ilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 7 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Artıq rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilmiş və rayon ərazisində 4-6 zolaqlı yolun çəkilişləri davam etdirilir. Yaxın müddətdə Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş elektrik enerjisi stansiyasının inşasına da  başlanılacaq. Bütün bunlarla yanaşı, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Cəbrayıl rayonunun, eyni zamanda, bütün regionun inkişafı üçün önəmli hadisədir. Bir sözlə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı


Oxunub: 806
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.