Şahramanyan Ermənistandadır? - FOTOSU yayıldı
Separatçıların sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə qondarma qurumun “deputat”ı olmuş Davit Qalstyan məlumat verib. O, internetdə Şahramanyan silahlı şəxslərin əhatəsində olduğu şəklini də paylaşıb. Maraqlıdır, Şahramanyan Ermənistanda silahlı şəxslərin əhatəsində niyə gəzsin? Məlumat həqiqətdirsə, böyük ehtimalla, onu qorumaq üçün silahlı dəstəni Ermənistan hakimiyyəti ayırıb. Çünki radikal ermənilər Şahramanyanın sağ-salamat Ermənistanda peyda olmasını satqınlıq kimi qəbul edə bilərlər.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: