Rusiyanın 102-ci bazası Gümrüdə vahimə yaratdı: Əhaliyə xəbərdarlıq edildi
- 4-10-2023, 13:11
- 1 256
Gümrü meriyası şəhər sakinlərinə 102-ci bazada keçiriləcək təlimlərlə bağlı xəbərdarlıq edib.
Mediaxeberleri.Az erməni mətbuatına istinadən xəbər verir ki, təlimlər zamanı eşidilən atəş səsləri əhalini vahiməyə salıb.
Məlumatda qeyd olunur ki, oktyabrın 4-də saat 09:30-dan 16:30-dək bazanın poliqonunda təlimlər keçiriləcək, ona görə də şəhərdə atışma səsləri eşidilə bilər.
Комментарии (0)