“Etalon” hospital: sertifikatsız həkimlərin ölüm riski
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda saxta plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşım etmişdi. Bundan sonra Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı. Məlum oldu ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-sinə fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın çox, ya az tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb. Müvafiq qanunvericiliyə görə siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və məsuliyyətə səbəb olur.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: