Şagirdləri ilə cinsi əlaqədə olan müəllim həbs edildi
ABŞ-ın Alabama ştatında xristian məktəbinin müəllimi şagirdlərlə cinsi əlaqədə olduğu üçün həbs edilib. Mediaxeberleri.Az lent.az-a istinadən bildirir ki, 35 yaşlı Krystal Kari Marie Frost iki yeniyetmə ilə uyğun olmayan münasibətdə və pornoqrafiya yaymaqda ittiham edilib. Keçmiş tələbə onu polisə şikayət edərək bildirib ki, qadın təxminən iki il əvvəl məktəbdə ona sataşıb. Zərərçəkənin dediyinə görə, müəllim onunla və başqa şagirdlə intim münasibətdə olub, həmçinin onlara erotik fotolar da göndərib. İddialardan sonra müəllim işdən çıxıb. Polis faktla bağlı araşdırma aparır.
Oxunub: 1 334
Xəbəri paylaş
Paylaş: