Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Bu gün dünyasını dəyişən xalq yazıçısı Elçin Əfəndiyevin dəfn vaxtı və yeri məlum olub. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, mərhum sabah - avqustun 4-də Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Hazırda E.Əfəndiyevlə vida mərasiminin vaxtı, yeri və digər məsələlər dəqiqləşdirilir. Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, 82 yaşında vəfat edib.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: