Qəbələdəki Musiqi Festivalının tarixi elan olundu
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Qeyd olunub ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Konsert proqramlarına giriş sərbəstdir. Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: