UEFA Konfrans Liqası: Finala yüksələn komandalar bəlli olacaq
Bu gün UEFA Konfrans Liqasında finala yüksələn komandaların adına aydınlıq gətiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, "Çelsi" klubu "Dyurqarden"i, "Fiorentina" isə "Real Betis"i qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, "Çelsi" ilə "Dyurqarden" arasında keçirilən ilk oyun İngiltərə klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Real Betis" isə doğma meydanda İtaliya klubunu 2:1 hesabı ilə məğlub edib. 8 may UEFA Konfrans Liqası Yarımfinal mərhələsi Saat 23:00, "Çelsi" - "Dyurqarden" (ilk oyun - 4:1); Saat 23:00, "Fiorentina" - "Real Betis" (ilk oyun - 1:2).
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: