Войти

Ağstafada məktəblilərin iştirakı ilə "Türk dünyasının liderləri - Heydər Əliyev və Atatürk" adlı tədbir keçirilib - FOTOLAR

Bölgə

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Türk dünyasının liderləri - Heydər Əliyev və Atatürk" adlı tədbir keçirilib.


Mediaxeberleri.Az-ın məlumata görə, tədbirdə şagirdlər Azərbaycan və Türkiyənin suverenliyini əks etdirən kompozisiyalar göstəriblər. 


Onlar mahnı və şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. Eyni zamanda, Türkiyənin Dənizli vilayətinin Sarayköy ilçəsinin Tosunlar məktəbi ilə telekörpü yaradılıb. 


Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğu vurğulanıb, iki ölkə arasında qarşılıqlı əlaqələrin təhsil sahəsində də dərinləşdiyi diqqətə çatdırılıb.

Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация