Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda şair Vəli Xramçaylının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

  • Tarix: 24-04-2025, 21:47

Bu gün Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylının (Nəsibov Vəli Alı oğlu) 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, ziyalılar, İkinci Şıxlı kəndinin ziyalıları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal müstəqil ölkəmizdə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Vəli Xramçaylının simasında dövləti dövlət edən mənəvi dəyərlərə xidmət edir. Ulu Öndər siyasətinin davam etdirilməsi deməkdir”, - söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. Yubilyarın yaradıcılığından söz açan B.Vüsal V.Xramçaylının öz sözünü demiş, təvazökar, Vətəninə, xalqına, ölkəsinə olan sevgisini  şeirlərinin dili ilə çatdırmış azərbaycanlı, qazaxlı şair olduğunu, bunu Onun haqqında dəyərli ziyalıların söylədikləri fikirlərdən də aydın şəkildə gördüyümüzü bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, yubilyarın ünvanına səmimi ürək sözlərini səsləndirib. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə qazaxlı şair Vəli Xramçaylının 70 illik yubiley tədbirinin keçirilməsinə görə razılığını ifadə edib. İcra başçısı Azərbaycanın şairlər və aşıqlar yurdu olan, poeziyamıza dəyərli söz sənəti inciləri bəxş etmiş qədim Qazax elində qonaqları və iştirakçıları salamlamaqdan məmnun olduğunu dilə gətirib. Rayon rəhbəri bildirib ki, milli ədəbiyyat hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının milli sərvətidir və xalqımız tarix durduqca bu sərvətin qayğısına qalmalı və ədəbi irsimizi gələcək nəsillərə ötürməlidir. Əlbəttə ki, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Azərbaycan ədəbiyyatının inkişafına xüsusi diqqət yetirən Ümummilli Lider Heydər Əliyev bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu parlaq bir şəkildə diqqətə çatdırmışdır. Ulu Öndərin 1997-ci ildə Azərbaycan yazıçılarının 10-cu qurultayındakı nitqində səsləndirdiyi “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam” dəyərli sözləri tədbir iştirakçılarının diqqətinə çatdıran icra başçısı bu sözlərlə dahi rəhbərin ədəbiyyatımıza nə qədər böyük dəyər verdiyini vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, bu gün Ulu Öndərin Azərbaycan ədəbiyyatına məhəbbət məşəlinin daşıyıcısı Respublika Prezidenti İlham Əliyevdir və bu məşəl daha da gur yanmaqdadır. Ölkəmizdə Azərbaycan ədəbiyyatının  inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına  böyük önəm verilir, mədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz  sənətinə yüksək qayğı və məhəbbətlə yanaşılır. İcra başçısı bildirib ki, ölkəmizdə olduğu kimi, Qazax rayonunda da söz-sənət ustadlarının xatirəsi həmişə əziz tutulmuş, onların adına park və xiyabanlar salınmış, abidələr ucaldılmış, ev muzeyləri yaradılmışdır. Rayonumuzda dahi sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsi, təbliğ edilməsi, yaradıcı insanlarla görüşlərin, poeziya gecələrinin keçirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Məhz bugünkü tədbir də onların davamıdır. İcra başçısı qeyd edib ki, “Bu gün biz bura Azərbaycan poeziyasında özünəməxsus yeri və izi olan Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü şair Nəsibov Vəli Alı oğlunun 70 illik yubileyinə toplaşmışıq. Şair bəy nəslindən olduğu üçün ailəsi Qazax rayonunun İkinci Şıxlı kəndindən Sibirə sürgün edilmişdir. Gözünü açıb şaxta, qar görüb. Sibirin sərt havası, onun körpə qəlbini “dondura” bilmədi. Şairin ana babası Səməd Vurğunun yaxın dostu Şərif Şikəstənin odlu-alovlu şair ürəyindən bir qığılcım da Vəlinin qəlbinə düşüb. Şərif Şikəstənin şair ömrünü nəvələri Vəli Xramçaylı və Eldar Nəsibli Sibirel davam etdirmişdir. Vəli Nəsibov Vətənimizin səfalı bir guşəsindən axan, başlanğıcını uca dağlardan götürən, göz yaşı kimi şəffaf suyu olan və uşaqlığı qoynunda keçdiyi Xram çayını özünə təxəllüs götürmüşdür. Şair Sibirdə doğuldu, Qazaxın İkinci Şıxlı kəndində böyüdü, hazırda Bakı şəhərində yaşayır və yaratmaqdadır”. “Hər bir şairin əsas uğuru, qazancı onun şeirləri və kitablarıdır”, - söyləyən icra başçısı yaradıcılığa gənc yaşlarından başlamış şairin ümumilikdə, 9 şeirlər kitabının nəşr edildiyini bildirib. “Sən geriyə qayıtmazsan bir daha”, “Oğullar döyüşdən qayıdar hər gün” adlı ilk mətbu şeirlərinin 1977-ci ildə “Universitet” qəzetində dərc edildiyini, “Duyğularım bir zəmidir” adlı ilk kitabının isə 1989-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap olunduğunu qeyd edib. Kitaba ön sözü Akademik, Əməkdar elm xadimi Nizami Cəfərovun yazdığını, Xalq şairi Nəriman Həsənzadənin rəyi əsasında işıq üzü gördüyünü diqqətə çatdırıb. 1994-cü ildə dərc edilmiş “Bir Dərvişəm Yer Üzündə” adlı ikinci kitabının isə Məmməd Arazın rəyi əsasında işıq üzü gördüyünü söyləyib. Daha sonra 1996-cı ildə “Dərviş Vəli Haqq Aşığı”, 2002-ci ildə “Tanrı Pıçıltıları”, 2000-ci ildə “Qaytar o qızı, qaytar”, 2008-ci ildə “Şairin kitabı”, 2012-ci ildə “Vəlinin hücrəsi”, 2015-ci ildə “Taleyimdən keçən yol”, 2018-ci ildə “Seçilmiş əsərlər” kitablarının dərc olunduğunu bildirib. İcra başçısı Vəli Xramçaylının yaradıcılığını ziyalılarımızın yüksək qiymətləndirərək onun haqqında geniş məqalə ilə çıxış etdiklərini söyləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Eldar Nəsiblinin qardaşı Vəli Xramçaylı barədə “Hamının gedər-gəlməz sandığı bir dünyada göz açan-həyata, dünyaya qəlbindən keçənləri bütün çılpaqlığı, təmizliyi və səmimiyyəti ilə deməyi bacaran Vəli Xramçaylı şair kimi, qardaş kimi, dost kimi ürəyimdə - ən əziz qərar tutub” fikirlərini səsləndirdiyini söyləyib. İcra başçısı V.Xramçaylının bir şair kimi formalaşmasında Məmməd Arazın da böyük rolu olduğunu bildirib. 1985-ci ildə “Azərbaycan təbiəti” jurnalının baş redaktoru Xalq şairi Məmməd Araz onun istedadını görərək işə götürmüşdür. 17 il “Azərbaycan təbiəti” jurnalında onunla çiyin-çiyinə çalışmış, aralarında ata-oğul münasibəti yaranmışdır. Ədəbi tərbiyəni də məhz ondan almışdır. Şairin yaxın qohumu olan Xalq şairi Osman Sarıvəllinin oğlu fəlsəfə elmləri doktoru, professor mərhum Babək Qurbanov 2004-cü ildə Vəli Xramçaylının Türkiyənin “Üfüq” qəzetində “Ən gənc yaşlarında gözüm önündə böyüyən şair” məqaləsi ilə silsilə şeirlərini çap etdirdiyini vurğulayıb. İcra başçısı “Ocaq” adlı bir qəzetin təsisçisi və baş redaktoru olan Vəli Xramçaylının bütün könüldaşlarını, soydaşlarını tək bir Ocaqda bütünləşdirdiyini bildirib. Şairin yaradıcılığının çoxtərəfli, mövzu mənasının geniş olduğunu söyləyib. Rayon rəhbəri qeyd edib ki, Onun kim olduğunu bilmək üçün simasına baxmaqla kifayətlənmək olmaz. Onun şeirlərini diqqətlə oxumaq, nələri demək istədiyini duymaq da azdır. Şeirlərindəki hər bir misranın dərin anlamlı ruhu var. O ruhu anlamaq Vəli Xramçaylını dərk etmək deməkdir. Şeirlərində kədər motivləri müşahidə edilir ki, bunun əsas səbəbi ailəsinin sürgündə minbir əzab-əziyyətə məruz qalmasıdır. Məhz Vəli Xramçaylının şeirlərindəki kədər motivlərinin kökü, qaynağı bax bu cür tellərlə bağlıdır. Şair çox vətənpərvərdir. O, Azərbaycanın bütün dünyada söz sahibi olan bir məmləkətə çevrilməsini istəyir. Şeirlərində çoxlarını dünyanı dərk etməyə çağırır, yollarını azmışları düz yola dəvət edir, Allah cəzasından, cəhənnəmə gedən yoldan uzaq olmağa çağırır. Şairin qələmə aldığı şeirlər adamı cəlb edərək özünü oxutdurur. “Şairlərin ömrü şeirlərinin ömrü ilə ölçülür deyirlər”, - söyləyən icra başçısı qeyd edib ki, “Bu mənada siz əbədiyaşar şairlərdənsiniz. Sağlığınızda öz şeirlərinizlə özünüzə bir abidə ucalda bilmisiniz. Şairin müqəddəs borcu şeir yazmaqdır. Şeir yazmaq təzələnmək, təmizlənmək deməkdir. Şeir oxumaq da təzələnmək, təmizlənmək, saflaşmaq deməkdir. Biz inanırıq ki, siz bundan sonra da oxucularınızı yeni-yeni əsərlərlə sevindirəcəksiniz. Qəlbinizdəki bütün narahatlıqları atıb yeni yaşınıza sağlam, xoş əhval-ruhiyyə ilə qədəm qoymağınız arzusu ilə Sizi 70 illik yubileyiniz münasibətilə bütün qazaxlılar və şəxsən öz adımdan təbrik edir, yaradıcılığınızda uğurlar arzulayıram”.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan Qazaxda şair V.Xramçaylının 70 illik yubiley tədbirində iştirak etməkdən məmnun olduğunu söyləyib. Yubilyarı əlamətdar gün münasibətilə təbrik edən millət vəkili onun ünvanına xoş arzularını, səmimi ürək sözlərini səsləndirib, yeni yaradıcılıq uğurları arzulayıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza, yazarlara, söz adamlarına göstərdiyi qayğının, ayırdığı diqqətin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. S.Seyidov dövlətin, ölkə başçısının bu sahəyə olan qayğısının, münasibətinin Qazaxda da hər zaman nümunə götürüldüyünü, rayon rəhbərinin hər bir ziyalıya, yazara, söz adamlarına verdiyi dəyərdən aydın şəkildə gördüyümüzü söyləyib. Millət vəkili söz adamlarına olan səmimi münasibətə, göstərdiyi qayğıya görə rayon rəhbərinə ziyalılar adından minnətdarlığını bildirib. “Qazax hər zaman öz sözü, şeiri, hərəkəti ilə seçilib, qəhrəman bir rayon olduğunu sübut edib. Ulu Öndər əbəs yerə demirdi ki, "Siz əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz, Siz bütün Azərbaycan xalqının dayağısınız". V.Xramçaylı kimi şairlərimizə, ziyalılarımıza, söz adamlarına, Azərbaycan ədəbiyyatını dünya səviyyəsində tanıdan insanlara xüsusi münasibət var. Bizlər də hər zaman sizin kimi ziyalılardan ruhlanaraq ölkəmizi yüksək səviyyədə təmsil etmişik, edirik və bundan sonra da edəcəyik”, - deyən millət vəkili bu yolda hərə kəsə bir daha uğurlar arzulayıb.

Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Atatürk Mərkəzinin direktoru, Akademik, Əməkdar elm xadimi, professor Nizami Cəfərovun və öz adından yubilyarı təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Natiq V.Xramçaylı ilə bağlı xatirələrini bölüşüb. “V.Xramçaylının şeirlərinə nəzər salsaq görərik ki, o, şeirlərində dərviş şair olaraq özünü yazır, heç vaxt dialoqu sevməyən şair kimi monoloqa üstünlük verir. V.Xramçaylının şeirləri Tanrı pıçıltılarıdır”, - deyən natiq yubilyara daim yazıb yaratmağı arzulayıb.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü Ramiz Tağıyev çıxış edərək yubilyarı təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Rayon rəhbərliyinə bütün sahələri diqqətdə saxladığına, hər kəsə dəyər, qiymət verdiyinə görə razılığını ifadə edib.

AYB Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasimoğlu çıxış edərək yubilyara təbriklərini, ürək sözlərini çatdırıb. M.Rasimoğlu qeyd edib ki, “V.Xramçaylı Sibirdə doğulsa da, Onun şeir çeşməsi Dəli Kürdən, Xram çayından qaynaqlanır. Neçə ki, Şıxlı var, Dəli Kür var, Gəmi qayası var, Qarayazı var, neçə-neçə Vəli Xramçaylılar, Eldar Nəsiblilər yetişəcək. V.Xrmaçaylının özü də, poeziyası da hər zaman çağlayır. Onun ən böyük qazancı şeirləri, poeziyasıdır”.

Ağstafa rayonundakı Hüseyn Arif adına Poeziya Məclisinin sədri, şair Saqif Qaratorpaq çıxış edərək V.Xramçaylını 70 illik yubileyi münasibətilə təbrik edib, cansağlığı, yaradıcılıq uğurları arzulayıb. S.Qaratorpaq qeyd edib ki, “Şairlik bir missiyadır ki, V.Xramçaylı da bu missiyanı şərəflə yerinə yetirir. Tale Onu dərviş şair etdi. O, bunu qələmə aldığı şeirlərində də əks etdirir. Qazaxda şair olmaq, eyni zamanda, bir ailədə iki şairin olması olduqca çətindir. V.Xramçaylı və qardaşı Eldar Nəsibli Sibirel bu çətinliyin öhtəsindən layiqincə gəldilər. V.Xramçaylı həm dərviş şair ömrünü yaşayır, həm də Xramçaylı təxəllüsünü yaşatmaqla, həmin çayın yükünü daşıyır”.

Şair Abbas Cümənov çıxış edərək yubilyara həsr etdiyi şeirlə təbrikini çatdırıb.

AYB üzvü, gənc şair Elnur Süleymanlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, V.Xramçaylı işığına toplaşdıqlarına görə razılığını ifadə edib, rayon rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Gənc şair V.Xramçaylını Şıxlı ziyalıları adından təbrik edərək səmimi ürək sözlərini bölüşüb. Özünə təxəllüs götürdüyü Xramçaylı imzasının bundan sonra da Ona yeni yaradıcılıq uğurları gətirməsini arzulayıb. Gənc şair yubilyarın qardaşı şair Eldar Nəsibli Sibirelin əziz xatirəsini ehtiramla anaraq bugünkü gündə Onun şeirini səsləndirib, ehtiramını bildirib.

Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor əvəzi, təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Kələşova çıxış edərək müasir poeziyamızın dəyərli şairlərindən olan Vəli Xramçaylını 70 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbərliyinə şairlərə verdiyi dəyərə görə razılığını ifadə edərək V.Xramçaylının yubileyinə həsr olunmuş bugünkü tədbirin həmin dəyərin davamı olduğunu söyləyib.

Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, gənc aşıq Samir Allahverdiyev, aşıq Saqif Məzəmli yubilyarın şeirlərini səsləndirərək ifa etdikləri saz havaları ilə səmimi ürək sözlərini, təbriklərini çatdırıblar.

BDU-nun Qazax filialının Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasının 3-cü kurs tələbəsi Bəyaz Abdullayeva şairin “Mən köçüb gedirəm”, 2-ci kurs tələbəsi Mehriban Mikayılova şairin “Hanı uşaqlığın yovşan qoxusu”, 3-cü kurs tələbəsi şairin “Vidadiyə”, Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Allahverdi Süleymanov şairin “Heç nə istəmirəm” adlı şeirini səsləndiriblər.

Yubilyar Vəli Xramçaylı çıxış edərək ona göstərilən diqqətə, qayğıya, poeziyamıza, ədəbiyyatımıza, şairlərə, yazarlara göstərilən qayğıya, verilən dəyərə görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin təşkilinə görə razılığını ifadə edən yubilyar özünün timsalında şairlərə olan qayğı, ayrılan diqqət kimi dəyərləndirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. Nəsibovlar nəslinin davamçısı olmaqdan qürur duyduğunu, hər zaman olduğu kimi, bundan sonra da bu soyadı, Xramçaylı təxəllüsünü, imzasını layqincə təmsil edəcəyini vurğulayıb. Yubilyar qələmə aldığı şeirləri səsləndirməklə Onu təbrikə gələnlərə təşəkkürünü ifadə edib.

Məlumat üçün qeyd edək ki, Nəsibov Vəli Alı oğlu 27 aprel 1955-ci il tarixdə Sibirdə sürgündə Tomsk Vilayətinin Baxsar rayonunun Çernişovka kəndində anadan olub. 1956-cı ildə ailəsi bəraət aldığı üçün Qazax rayonunun Şıxlı kəndinə geri dönmüşlər. 1962-ci ildə Sarıvəlli kənd orta məktəbin birinci sinfinə getmiş, 1972-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1974-76-cı illərdə hərbi xidmətdə olmuşdur. 1976-cı ildə Bünyad Sərdarov adına Maşınqayırma zavodunda işləmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə universiteti bitirmişdir. Həmin ildə Mirzə Cəlil Məmmədquluzadənin ev muzeyində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə akademik Həsən Əliyevin təsis etdiyi “Azərbaycan təbiəti” jurnalında baş redaktor, Həsən Əliyevin məsul redaktoru Məmməd Arazın əmri ilə jurnalda şöbə redaktoru vəzifəsinə təyin olunmuşdur. 1987-ci ildən 2002-ci ilədək jurnalın baş redaktorunun müavini vəzifəsində çalışmışdır. 2002-ci ildən təsis etdiyi “Ocaq” qəzetinin baş redaktoru vəzifəsində çalışır.

“Sən geriyə qayıtmazsan bir daha”, “Oğullar döyüşdən qayıdar hər gün” adlı ilk mətbu şeirləri 1977-ci ildə “Universitet” qəzetində dərc edilmişdir. 1980-ci illərdə “Ədəbiyyat və İncəsənət”, “Ulduz”, “Azərbaycan” jurnallarında, Bakı qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur.

İlk kitabı 1989-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən dərc olunmuş “Duyğularım bir  zəmidir” kitabıdır. Kitaba ilk sözü Akademik, Əməkdar elm xadimi Nizami Cəfərov yazmışdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin rəyi əsasında işıq üzü görüb.

1994-cü ildə dərc edilmiş “Bir Dərvişəm Yer Üzündə” kitabına ön söz müəllifdəndir. Kitab Məmməd Arazın rəyi əsasında işıq üzü görüb.

1996-cı ildə dərc edilmiş “Dərviş Vəli Haqq Aşığı” kitabına ön sözü filosof, ədəbi tənqidçi Asif ATA yazmışdır.

2002-ci ildə dərc edilmiş “Tanrı Pıçıltıları” kitabına filologiya elmləri doktoru, professor Camal Əhmədov ön söz yazmışdır. Həmin kitaba şair, publisist Əbülfət Mədətoğlu “Ədəbiyyat və İncəsənət” qəzetində lisenziya yazmışdır.

2000-ci ildə dərc edilmiş “Qaytar o qızı, qaytar” kitabına “Ədəbiyyat və İncəsənət” qəzetinin şöbə müdiri Əşrəf İbrahimov “Bu yol hara gedir...” başlıqlı ön söz yazmışdır.

2008-ci ildə “Şairin kitabı”, 2012-ci ildə “Vəlinin hücrəsi”, 2015-ci ildə “Taleyimdən keçən yol”, 2018-ci ildə Seçilmiş əsərlər” (I cild) kitablarının müəllifidir.

1998-ci ildə Vaqif İsaqoğlunun “Vəli Xramçaylı poeziyası” kitabı dərc olunmuşdur.

Akademik Tofiq Hacıyev “Kommunist” qəzetində Vəli Xramçaylı yaradıcılığı haqqında geniş bir yazı yazmış, onu Azərbaycan poeziyasının nadir istedadlarından biri adlandırmışdır.

Vəli Xramçaylının yaradıcılığı haqqında fəlsəfə elmlər doktoru, professor mərhum Babək Qurbanov 2004-cü ildə Türkiyənin “Üfüq” qəzetində “Ən gənc yaşlarında gözüm önündə böyüyən şair” məqaləsiylə silsilə şeirlərini çap etdirmişdir.

Vəli Xramçaylının yaradıcılığı haqqında görkəmli ziyalılarımız Vaqif Yusifli, Esenyurt Araşdırma Universitetinin professoru Osman Mərd geniş məqalə ilə çıxış etmişlər. Türk dünyasının böyük oğlu Nazim Hikmətə həsr olunmuş kitab Səməd Vurğunla başlayır, Vəli Xramçaylı ilə bitir.

Bundan başqa, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Cavanşir Yusifli “Səmimiyyət, bir də istedad” başlıqlı geniş məqaləsi ilə çıxış etmişdir.

Şair Osman Sarıvəlli, İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu, Eldar Nəsibli ocağının yetirməsidir.

1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, 2 övladı var.

 


Oxunub: 4 132
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.