27 prokuror dəyişəcək, Baş Prokuror kim olacaq?
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə gələn ay paytaxt və rayonlarda 27 prokurorun dəyişdiriləcəyi gözlənilir. Artıq adlar da bəllidir. Sadəcə gələn ayın 1-i Baş prokuror Kamran Əliyevin səlahiyyət müddəti başa çatır. Qeyd edək ki, 2020-ci il may ayının 1-də bu vəzifəyə təyin olunan Kamran Əliyevin səlahiyyət müddəti 5 ildir. May ayının 1-də Baş prokuror Milli Məclisin razılığı ilə vəzifəyə yenidən təyin olunandan sonra 27 prokurorun dəyişdirilməsi prosesinə start veriləcək. Bununla yanaşı prokurorluq orqanlarında bir sıra yüksək vəzifələrdə də dəyişikliyin olacağı gözlənilir. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.