Putindən Ukraynaya "birbaşa" təklif - Qərb şokda
Rusiya Prezidenti Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib. Mediaxeberleri.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” qeyd edib. Nəşr yazıb ki, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı istənilən danışığa hazır olduğunu vurğulayıb: “Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi fonunda baş verib”. "Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər", - Putin deyib. Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra prezidentin sözlərini belə izah edib: “Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tuturdu”. O əlavə edib ki, Rusiya Federasiyası sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.