"Turan Tovuz"un rəhbəri: "Yaxın 3 ildə avrokuboklarda qrupa düşməyi hədəfləyirik"
Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qruplara düşməyi hədəfləyirik. "Report" xəbər verir ki, bunu "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib. O, avrokuboklarda nailiyyətlər əldə etmək istədiklərini vurğulayıb: "Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qrupa düşməyi hədəfləyirik. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik".
Ehtiram Quliyev
Oxunub: 87
Xəbəri paylaş
Paylaş: