“Mançester Yunayted” antirekorda imza atdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında (APL) bir mövsümdə məğlubiyyətlərin sayına görə antirekorda imza atıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb. Bildirilib ki, “Mançester Yunayted” doğma meydanda İngiltərə çempionatının 33-cü turunda “Vulverhempton”a məğlub olmaqla, cari ildə 15-ci məğlubiyyətini yaşayıb. Komanda indiyə qədər heç vaxt bu qədər uduzmayıb. Ruben Amorimin komandası hazırda 33 turdan sonra 38 xala malikdir və klubun Premyer Liqa tarixində ən az xalla mövsümü başa vuracağına zəmanət verilir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yeri tutur, əvvəlki antirekord 58 xal idi.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş: