Almaniyada 2 nəfər güllələndi, helikopter cəlb olundu
Almaniyanın Hessen əyalətindəki Bad Nauhaym şəhərində silahlı insident baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, atışma nəticəsində iki nəfərin güllələndiyi bildirilir. Hadisə ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşı, xüsusi təyinatlılar və helikopter cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib. Silahlı insidentdə iştirak edən şəxslərin axtarışları davam etdirilir. Polis əhaliyə xəbərdarlıq edərək mümkün olduqca evdən çıxmamaları, yollarda tanımadıqları şəxsləri avtomobillərinə mindirmələri barədə xəbərdarlıq edib.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: