Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs saxlanılıb
Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb. “Report”un Qərb bürosunun məlumatına görə, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb. Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb. Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: