Vasif Manafın bu VİDEOsunu sildirib
Əməkdar artist Vasif Məhərrəmli həmkarı və dostu Manaf Ağayev ilə bağlı müzakirə yaradacaq açıqlama verib. Bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb. Vasif bildirib ki, Manafın toydakı şabaş videosunu sildirib: “Bəli, sildirmişəm! Manaf mənim dostumdur. Ona dedim ki, sən bu kimi məsələlər uyma və etmə. O həmin videonu sosial şəbəkə hesabında şabaşa görə deyil, yaxşı oxuduğuna görə paylaşmışdı. Yəni istəməmişdir ki, onun muğam ifası arxa planda qalsın. Amma yenədə üzə çıxan pul oldu. Mən özümdə toyda ifa edən zamanı mənə kimsə pul versə… Estetik görüntü məsələsi var… Özümü kənara qoyacağam. Elə məclislər olub ki, yerdə 100 – 150, hətta 200 min dollar pul olub. Düzdür bu kimi şeylər artıq yığışdırılıb amma yenə də üzə çıxıb. Yəni bu olayın qulağımıza sədası gəlib. Bu kimi şeyləri paylaşmaq düzgün deyil”./Olay