Qazaxda 4 nəfər dəm qazından zəhərlənib
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. Mediaxeberleri.Az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: