Ağstafada ağır yol nəqliyyat hadisəsi baş verib
Ağstafada yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 179
Xəbəri paylaş
Paylaş: