Putin atəşkəs elan etdi
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa münasibətilə atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb. “Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmən tərəfindən təxribatlara, onun hər hansı təcavüzkar hərəkətlərinə qarşı cavab verməyə hazır olmalıdır”, – deyə Prezident Putinin bəyanatında qeyd olunub.
Oxunub: 79
Xəbəri paylaş
Paylaş: