Azərbaycanın dövlət borcu açıqlandı
Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6%-i qədər olub. Mediaxeberleri.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,3% çoxdur. Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici, 18 milyard 1,3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1% az və 9,7% çoxdur.
Oxunub: 190
Xəbəri paylaş
Paylaş: