Prezidentdən bu başçı ilə bağlı qərar: Siyahıdan çıxartdı
Mediaxeberleri.Az xəbər verir ki, sərəncama əsasən Prezident Oğuzun icra başçısını, o cümlədən, Bərdə, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Tərtər və Tovuz rayon icra başçılarının müavinlərini Təşkilat Komitəsinin üzvlüyündən çıxarıb. Buna baxmayaraq, Gəncə, Şəki və Yevlax şəhərlərinin, həmçinin Göygöl, Qəbələ, Mingəçevir, Naftalan, Yevlax rayonlarının icra başçılarının müavinləri Təşkilat Komitəsinin üzvü olaraq qalıblar.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: