Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
  • "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
  • 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
  • Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
  • “Qalatasaray” vitse-prezidenti istefa verdi
  • Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
  • DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
  • Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
  • Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
  • Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
  • Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
  • Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
  • Bakıda daha bir jurnalistə hücum edildi - Video
  • Bakıda daha bir jurnalistə hücum edildi - Video
  • Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
  • Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib

  • Tarix: 15-04-2025, 15:54

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. İllər keçsə də daim qəlblərdə yaşayan Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Bu şərəfli ömür ona insanların qəlbində əbədiyaşarlıq qazandırıb. Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır.

Aprelin 15-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, adı çəkilən təşkilatların, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, mədəniyyət müəssisələrinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri haqqında geniş məruzə ilə çıxış edib. Rayon rəhbəri bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın bizi cismən tərk etməsindən qırx il ötür. Ulu Öndərimizə mənəvi dayaq, arxa olan Zərifə xanımın bir həyat yoldaşı kimi böyüklüyünün, əvəzedilməzliyinin nəticəsidir ki, Ulu Öndər ömrünün onsuz keçən 18 ilində hər zaman o böyük qadının ruhunu əziz tutdu. Rayon rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı barədə səsləndirdiyi “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında yüksək dəyər qazanmağı bacarıb və əsl insanlıq zirvəsinə yüksəlib”, “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib” dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ulu Öndərin ailə dəyərlərinə böyük qiymət verdiyini bildirib. İcra başçısı vurğulayıb ki, bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün doğulmuşdur Zərifə xanım Əliyeva. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta, tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva 1967-ci ildə atası mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. İnstitutda çalışan dövrdə Zərifə xanım bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Bundan sonra onun fəaliyyəti daha da genişlənmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiş, eyni zamanda fəaliyyəti dövründə bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. İcra başçısı vurğulayıb ki, özündən sonra Zərifə xanım Azərbaycan xalqına çox dəyərli miras, izlər qoymuşdur. Nümunəvi ana olan Zərifə xanım övladlarına yüksək mənəvi əxlaq, liderlik, vətənpərvərlik keyfiyyətləri aşılamışdır. Prezident İlham Əliyevin anası Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi yüksək fikirlər onun həyat cizgilərini gözümüz önündə aydın canlandırmağa imkan verir. “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir”. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı. Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. Rayon rəhbəri ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Respublika Prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixli Sərəncam imzalandığını, 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdiklərini qeyd edib. Qazax rayonunda da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ziyalılarla birgə bir çox tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İcra başçısı sonda bir daha vurğulayıb ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Zərifə xanım məhz belə analardan idi.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. A.Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Elə insanlar var ki, onlar haqqında hələ sağlığında rəvayətlər yaranır. Zərifə xanım belə insan idi. Onun xeyirxahlığı, humanistliyi dillər əzbərinə çevrilən neçə-neçə rəvayətin yaranmasına səbəb olmuşdu. Akademik Zərifə xanım Əliyeva insanları zülmət pəncəsindən qoparıb nura qovuşduran sima idi. O, bizim mənəvi dünyamıza qadın ürəyinin mürəkkəb və psixoloji zənginliyini gətirmişdir. O, elmi problemlərə dair çoxlu kitab yazmışdır. Lakin onun ən dəyərəli kitabı qadın ürəyi, insan qəlbi haqqında qələmə almadığı, lakin bütün həyatı boyu yaratdığı kitab olmuşdur. Və əgər kimsə ömründə heç olmasa bircə dəfə bu canlı kitabın bir səhifəsini oxuyubsa artıq onu sevməyə bilməz. Çünki həmin anda insan tənhalığını unudur, milyon-milyon insanın inamının da, ağrı-acılarının da bir olduğunu dərk edir və insan ömrünün sonunadək özünə, ideallarına sadiq qalır. Bu da heç şübhəsiz ki, Zərifə xanımın mənəvi ucalığından irəli gəlirdi. Məhz buna görə onun ömrü boyu keşiyində durduğu, xalqın zəkasının nuru dahi şəxsiyyət Heydər Əliyev onu xatırlayan zamanlarda kövrəlir və səmimi duyğularla xoş xatirələri danışırdı. Və hər zaman deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Ümummilli Liderin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirmiş qayğıkeş ana olub. Akademik Zərifə Əliyevanın xatirəsini xalqımız daim dərin hörmətlə anır.  Bugünkü  tədbirimiz də Azərbaycanın görkəmli ictimai xadimi Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr olunub.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında yaratdığı fundamental elmi tədqiqatlardan danışıb. A.Fərruxov qeyd edib ki, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirdi. O, tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr etdi. Bu istiqamətdə tədqiqatları yekunlaşdıqdan sonra oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə elmi tədqiqatlar aparmağa başladı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması, klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin  genişlənməsinə kömək etdi, müəlliflik etdiyi, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticəsi olan neçə-neçə kitablar, elmi əsərlər, tədqiqat işləri olan monoqrafiyaları bu gün də oftalmoloqların stolüstü kitabına çevrilib. Onun “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermiş, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Çünki özü hər zaman xəstələrin müalicəsi işinə xüsusi yanaşaraq  cərrahiyyə  əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikası ilə məhdudlaşmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Onun fikrincə səhiyyə işçilərinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil etməlidir. Vətənə, xalqa olan tükənməz məhəbbəti Zərifə xanım Əliyevanın fəaliyyətində yüksək səviyyədə əks olunmuş, gördüyü bütün işlərdə bu zərif xanımın istedadı, əməyi, qəlbinin bir zərrəsi həyatı və elmi fəaliyyəti çərçivəsində ifadəsini tapmışdı.

Təqaüddə olan həkim Sevda Məmmədova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-oftalmoloq Məlahət Mustafayeva, həkim-nefroloq Cahanə Xasməmmədova,  həkim otolorenqoloq Gültac Qədimalıyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar. Çıxışlarda insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi uğurlar, fərdi keyfiyyətlər ilə ailəsinin və Vətəninin adını daim ucaltması haqqında söhbət açılıb. Bildirilib ki, Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini heç şübhəsiz ki, Onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. Hər insan ömrü yer üzündə bir məqama, bir məqsədə sərf olunur. Zərifə Əliyevanın da həyatı bir missiyanın daşıyıcısı olub. O, bütün ömrü boyu nurun, işığın keşiyində durub. Zərifə xanım bir pərvanə ömrü yaşadı. Allahın insanlara bəxş etdiyi nurun, işığın keşiyində duraraq bu işığı azalmağa, sönməyə qoymadı. Eyni zamanda, Azərbaycanın qurucusu olmaqda kömək etdiyi Ümummilli Lider,  xalqın zəkasının nuru  Heydər Əliyevin keşiyində durdu. Onunla çiyin-çiyinə ictimai xadim kimi xalqına və millətinə sədaqətlə xidmət etdi. O, bu dünyadan köçəndə belə Onun bəslədiyi, keşiyində durduğu işıq Azərbaycanın üzərinə qaranlıqlar çökəndə yenidən parladı. Bu gün də Onun qoyub getdiyi yadigar işıq öz parlaqlığını bircə damcı belə azaltmayıb. Bu işıq hər an bizimlədir, bizə yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik. Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki Prezident İlham Əliyev böyük öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Biz fəxr edirik ki, onun böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir. Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi. Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Zərifə xanım Əliyeva cəmi 61 il yaşayıb, 1985-ci il aprelin 15-də dünyadan köçüb. Ömür vəfa etsəydi, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi ailəsinə sevgisi, peşəsinə bağlılığı, həyat eşqi və üzündəki təbəssüm onu tərk etmədi. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaqdır. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları onu əbədiyaşar, ölməz edir.


Oxunub: 4 427
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Bu gün, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Bu gün, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Bu gün, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Bu gün, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Bu gün, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Bu gün, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Bu gün, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Bu gün, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Bu gün, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Bu gün, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Bu gün, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Bu gün, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Bu gün, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Bu gün, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Bu gün, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Bu gün, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Bu gün, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Bu gün, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Bu gün, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Bu gün, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Bu gün, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Bu gün, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Bu gün, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Bu gün, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Bu gün, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Bu gün, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Bu gün, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Bu gün, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Bu gün, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Bu gün, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Bu gün, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Bu gün, 09:23 | Bu gün hava necə olacaq?
    Bu gün, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Bu gün, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Bu gün, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Bu gün, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Bu gün, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Bu gün, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Bu gün, 08:52 | Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
    Dünən, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    Dünən, 16:24 | Türkiyədə zəlzələ oldu
    Dünən, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    Dünən, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Dünən, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Dünən, 15:32 | Bağlanan banklara borcu olanlara xəbərdarlıq
    Dünən, 15:24 | Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
    Dünən, 15:15 | Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
    Dünən, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.