Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

  • Tarix: 13-04-2025, 15:33

Mediaxeberleri.Az Rahid Uluselin "Cənnətdə seksual münasibətlər" yazısını təqdim edir.

tünd esse

Şərab dolu piyalələr, kuzələr və qədəhlər

Nə üçün insanlar bunca böyük eşq, yanğı, təşnə və divanəliklə Cənnətə can atırlar?! Təkcə iman, sədaqət və ibadətlə deyil, hətta bir-birini öldürərək, din yolunda canlarını fəda edərək! Çünki dinlərin tövhidi – İslam, İslamın əsası – “Quran”, “Quran”ın cövhəri – Cənnətdir. Cənnətin mayası – Həzz! Məhz burada din özünün kulminasiya nöqtəsinə çatır. Bütün din yalnız onun cazibə qüvvəsi ətrafında fırlanır. Bəs bu cazibə qüvvəsinin mahiyyəti nədir? O, “Quran” ayələri və hədislərin təqdim etdiyi mənzərədə açılır:

“(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, – deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.” (əl-Bəqərə, 25).

“Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır”; “Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar”; “Orada (o cənnətlərin hamısında) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır”; “Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır”; “Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.” (ər-Rəhman, 56, 58, 70, 72, 74)

“(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.” (əd-Duxan, 54).

“Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun.” (əz-Zuxruf, 70).

“Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət); Bağçalar və üzüm bağları; Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar; (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! (ən-Nəbə, 31-34).

“Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!; Onları bakirə qızlar; Ərlərini sevən, həmyaşıdlar edəcəyik. (əl-Vaqiə, 35-37)

“(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq; Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər; Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə; (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər; (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr; Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar); (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır; (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.” (əl-Vaqiə, 15-23).

Cənnətdə bazar və Cənnət qadınlarının baldırları

Hədislər də ayələrdəki mənzərəni daha parlaq şəkildə diri insanlara çatdırırlar ki, öləndən sonra Cənnətə düşsələr, görəcəkləri Nə olacaq:

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Gözəl gözlü, parlaq vücudlu hurilər Cənnətdə mahnı söyləyərək deyərlər: “Biz parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq.” (Əbu Nuaym, “Sıfatul Cənnət” 3/280, H. 432; Təbərani, “Mucəmus Sağir” 2/35, H. 734; əl-Albani, “Səhihul Cəmiul Sağir”, s.331, H. 1561, 1602).

İbn Məsud rəvayət edir ki, Allahın Rəsulu buyurdu: “Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər.” (Tirmizi, 2654; Muslim, 2834).

Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “(Cənnətə girənlərin) hər birinin iki zövcəsi vardır. Bunların ayağının iliyi ətinin üstündən görünür və Cənnətdə subay yoxdur.” (Muslim, 2178).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa, bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir.” (Buxari, 2796; Tirmizi, 1651).

Əbu Umamə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq üzrə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə mahnı söyləyərlər.” (Təbərani, “Kəbir” 8/119, H. 7478; Heysəmi, “Məcmuaz Zəvaid” 10/418).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir”. Bir nəfər: “Ya Rəsulullah! Onun gücü çatacaqmı?! – deyə soruşdu. Allahın Rəsulu (s.a.s): “Ona yüz kişinin gücü veriləcəkdir” – deyə buyurdu. (Tirmizi, “Cənnət” 2536; əl-Albani, “Mişkət” 3/1567, H. 5636).

Başqa rəvayətdə: “72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə.” (Tirmizi, 2562; İbn Məcə, 4337; Əbu Nuaym, “Sıfət əl-Cənnəh”, 372).

Başqa rəvayətdə: “Muhəmmədin (s.a.s) nəfsi əlində olana and olsun ki, (mömin) bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır.” (Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 2/215; Təbərani, “Mucəm əs-Sağir” 2/12-13; Beyhəqi, “əl-Bas vən Nuşur”, 365; Məcmuaz Zəvaid 10/417; əl-Albani, “Səhih” 1/641, H. 367).

Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Soruşdular: “Ey Allahın Rəsulu! Cənnətdə cima (cinsi yaxınlıq) varmı? Allahın Rəsulu (s.a.s): “Canım əlində olana and olsun ki, Bəli. İstədiyi qədər edəcəkdir. Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır.” – deyə buyurdu. (Təbərani, “Mucəm Sağir” 1/91; Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 393).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Hurilər zəfərandan yaradılmışdır.” (Təbərani, “Nihayə” 2/461; Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 385).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu : “Cənnətdə bir bazar vardır...”

...Gəlin, “bazarla” istinadlarımızı bitirək. Çünki “Cənnətlə bazarlıq” edənlər saysız-hesabsızdır. Və onlar heç də adi qaramollalar və ya qocaman mədrəsə ruhaniləri deyillər. İstinad etdiyimiz müəlliflər – fikirləri bütün Şərq dünyasında mötəbər sayılan İslam alimləri, görkəmli ilahiyyatçılardır! Əlbəttə, hədisçilər, təfsirçilər, şərhçilər Cənnət xüsusunda bəzən bir-biri ilə ziddiyyət təşkil edən, hətta təfriqə və təriqətlərə yol açan cürbəcür yozumlar irəli sürmüşlər.

Cənnət, yoxsa Hərəmxana?!

Ancaq bütün hallarda, nə qədər bər-bəzək vurulsa da, Cənnətin cismani dünya əlamətləri göz qabağındadır: Cənnətdə Qadın, Zövcə (Arvad) və Huri bir-biri ilə eyniləşdirilir də, ayrılır da. Cənnət qızıl-gümüşlə, ləl-cavahiratla bəzənmiş taxtlar, şərab dolu piyalələr, kuzələr və qədəhlərlə süsləndirilir.

Fəqət bütün Cənnət gözəlliklərinin başında Bədən dayanır! Bədən – bütün şəhvani görsənişləri ilə bərq vurur! Bəyaz baldırlarından tər məmələrinə, tər məmələrindən bakir bətninədək Qadın vəsf edilir! Bir gecədə 100 bakirə qadınla yaxınlıq edəcək, yüz kişinin seksual gücünü göstərəcək Kişi (Erkək!) vəsf edilir! Gündə bir “Xurma” yeyən Şeyx Nəsrullaha min şükür!

Əgər bu süsləri, erotik əndam gözəlliklərini və onların bir-birinə toxunuşundan qopan qığılcımları, par-par ehtirasları dartıb çıxarsan, Cənnət Ərəbistan səhrası kimi boş qalar! İndi isə oralarda “Cənnət arxitekturası” ilə şəhərlər salınır: Abu Dabi, Dubay, Doha... Hələ “Cumeyra Palması Cənnəti”!

“Cənnət erotikasının” elmi izahı isə belədir ki, bir çox erkən sivilizasiyalarda olduğu kimi, semit dinlərində də fallos kultu yaşanılıb. Ziqmund Freyd isə bu motivi psixoanalizin əsasına qoyub: “Bizim bütün fəaliyyətlərimizin təməlində iki nəsnə dayanır: libido və qüdrətli olmaq yanğısı!” Cənnət də elə libidonun və qüdrətli olmağın parlaq timsalı, yerüzünün xəlifələrindən hökmdarlarına qədər çatılmaz güc sahiblərinin elə bu dünyada yaratdıqları Hərəmxanaların oxşarı olur! İlahi Varlığın Alilik, Qüdrət, Ülviyyət və Qüdsiyyətindən əsər-əlamət belə görünmür...

Dünya elmi kosmosun dərinliklərinə nüfuz edirkən, İslam ilahiyyatçıları da Cənnətdə insan ehtiraslarının necə kəlləçarxa qalxmasından bəhbəhlə bəhs edirlər. Kosmosu Cənnətlə dəyişik salan bir kal dünyagörüşünün meyvələri ağızlarda gəvələnir...

Subaylığın olmadığı, körpələrdən qarılara qədər hamını eyni gənclik (seksual yetkinlik) yaşına çatdıran Cənnət – başdan-başa patriarxal Cənnətdir.

Əgər bütün cinslər burada, doğrudan da, bərabərdirsə, onda gərək bir kişinin 72 (73) zövcəsi olduğu kimi, bir kişi bir gecədə 100 bakirə qadınla sevişə bildiyi kimi, bir qadının da 72 (73) əri olsun, 100 bakirə kişi ilə sevişə bilsin! Nədir?! Xoşunuz gəlmir?! Belə bir Cənnəti bəyənmirsiniz?! Onda barı özünüzdən soruşun: Kişixaqanlığı təməlində belənçi Cənnət orgiyası – həsənsoxdu dəyirmanı yaratmaqda, bir gecədə yüz qadını (hurini) bir kişinin altına yıxmaqda nə imiş Uca Tanrının ilahi məqsədi?!

Ey Cənnət eşqi ilə alışıb-yananlar! Siz buna da hazır olun: siz saleh əməllərinizə görə axirətdə Cəhənnəmə yox, Cənnətə düşəcəyiniz və bu məkanda, bir çox hədisçi və təfsirçilərin yozduğu kimi, Qadın, Zövcə (Arvad) və Hurilərin elə eyni varlıq olduğunu biləcəyiniz təqdirdə, heç uçunmayın: kişilər bu dünyadakı xanımlarını huri şəklində başqa kişilərin qucağında, qadınlar bu dünyadakı ərlərini huri şəklində başqa qadınların qucağında görəcək! Özü də əbədi olaraq! Əsla darılmayın, sınmayın! Ayıbdır axı! Bura Cənnətdir!!! Doyunca həzz alın!!!

Qorxu və Həzz

Yüz minləri, milyonları, milyardları, bəlkə də bəşəriyyətin böyük əksəriyyətini öz ardınca aparan Dinin başlıca cazibə qüvvəsi elə budur – Cənnət Həzzi. Gerçək dünya nemətlərindən barınmayan çoxlar – “tamarzılar” da, barınan azlar – “bəxtəvərlər” də onun qatı şirnisinə yapışırlar.

Bir dəfə “Allahı sevin!” – deməyən (yalnız iki halda Allaha məhəbbəti dolayı dilə gətirən – əl-Bəqərə, 165; Ali-İmran, 31), min dəfə “Allahdan qorxun!” – deyən bir məntiq Cənnət Həzzindən daha dadlı bir şey, Cənnət Həzzindən daha üstün bir dəyər təklif edə bilməz İnsana!..

Dinin hipnotik-psixoloji tilsimi də elə bundadır: zidd olan Qorxu və Həzzi daha məharətlə birləşdirə bilməkdə. – Gerçək dünyada Allahdan qorxursan ki, axirətdə Onun lütfü ilə həzz alasan!

Qorxu və Həzz! – Kahinlərdən ayətullahlara, tiranlardan diktatorlara qədər bütün amirlərin çalın-çarpaz işlətdiyi iki üzlü Güc Siyasəti!

Güc Siyasəti məhz Qorxu və Həzz xəlitəsi sayəsində hər cür itaət funksionallığını can-başla yerinə yetirən Kütləni – onun Ordu və Proletariat kimi marionet tiplərini yaradır.

Ona görə mən illər öncə yazmışdım: Din Allahı inkar edir.




Oxunub: 4 279
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Bu gün, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Bu gün, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Bu gün, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Bu gün, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Bu gün, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.