Qəbələdə 53 yaşlı qadın dəm qazından öldü
Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: