Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "baş redaktor"a hökm oxunub
Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi. Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
 
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 
Oxunub: 8 780
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















