Daş kömür mədəni çökdü: 13 nəfər xəsarət aldı
- 10-04-2025, 09:50
- 1 612
Türkiyənin Ankara vilayətinin Beypazarı rayonunda səhər saatlarında daş kömür mədəni çöküb.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb.
Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub.
Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.
Комментарии (0)