Gəncədə DƏHŞƏT: 23 yaşlı gəncin boğazı kəsildi - Yeniləndi
Gəncədə mübahisə zəmnində qonşusu Nəsib Rüstəmovun boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Mediaxeberleri.Az bildirir ki, bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun Baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı Elmin Aşurov saxlanılaraq istintaqa təhvil verilib. *** Gəncədə bıçaqlanma hadisəsi baş verib. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, qonşusu ilə mübahisə edən 2002-ci il təvəllüdlü Nəsib Rüstəmovun boğazı kəsilib. Belə ki, tərəflər arasında düşən mübahisə zamanı N. Rüstəmov qarşı tərəfə balta ilə xəsarət yetirmək istəyib. Nəticədə onun boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirilib. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdıma başlanılıb.