Mediaxeberleri.az
    
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"

Son xəbərlər :
  • Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
  • İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
  • TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
  • İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
  • Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
  • Sabah bu rayonda qaz olmayacaq
  • Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
  • Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
  • Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
  • Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
  • Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
  • Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
  • “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
  • Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
  • Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
  • Abşeronda şəhidlərin anım günləri qeyd edildi
  • Husilər hərbi düşərgəni vurdu: 40 ölü
  • Rus ordusu Omelniki işğal etdi
  • 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
  • Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Şamaxıda olay: “Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir…” – Şok təfərrüat

  • Tarix: 1-04-2025, 07:27

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Nizam mübahisə zamanı 1979-cü il təvəllüdlü Ramalı (adlar şərti verilib – red.) odlu silahla qətlə yetirib.


Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 dekabr 2023-cü ildə baş verib.

Nizam dövlət qurumlarından birində işdə olduğu vaxt arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Ramalın idarə etdiyi “Mersedes S 350” markalı avtomobillə binanın qarşısına gəldiyini görüb. O, avtomobildən düşmədən Nizamla mübahisə edib. 

Ramal onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Nizam avtomobilin ön sərnişin qapısını açmaq istəsə də, Ramal maşını sürərək oradan uzaqlaşıb. 

Nizam inzibati binaya daxil olub, istirahət otağına gedərək istifadəsində olan mobil nömrədən Ramala dəfələrlə zəng edib. Ramal onunla bir neçə dəfə telefonla danışdıqdan sonra saat 18:22-də idarə etdiyi avtomobillə yenidən binanın qarşısına gəlib. İnzibati binaya daxil olub, heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən birbaşa qurumun rəhbər müavininin üçüncü mərtəbədə yerləşən xidməti iş otağına qalxıb.

Nizam Ramalın qurum rəhbərliyinin və şəxsi heyətin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib. Bunu önləmək, eyni zamanda arvadına əxlaqsız təkliflər etməsinə, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə Ramalı öldürmək qərarına gəlib. Bu məqsədlə inzibati binanın üçüncü mərtəbəsinə qalxıb. Otağa daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş vəziyyətinə gətirib. Giriş qapısı ilə üzbəüzdə stuldan qalxmaq istəyən Ramala doğru yaxın məsafədən ardıcıl 8 atəş açıb. Ramal aldığı güllə yaralarından vəfat edib.

İstintaq orqanı tərəfindən Nizamın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, spirtli içkilərə aludə olub və bu səbəbdən Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranıb: “2023-cü ilin avqust ayında atamdan pul istədim. Atam imkanı olmadığını bildirdi. Daha sonra məni bibim oğlu Ramala tapşırdı ki, mənə maddi kömək olsun. Çox içki içdiyim üçün atam məndən bezmişdi.

Ramalla münasibətlərim yaxşılaşdı. Zəng edib mənimlə maraqlanır, işlətdiyi restorana dəvət edirdi. Mənə səmimi münasibət göstərdi, borclarımı ödəməkdə köməklik göstərəcəyini bildirdi.

Mənim əmilərimlə münasibətim yaxşı deyildi. Ramal isə əmilərimin də mənə köməklik göstərəcəyini bildirdi. Bir gün ondan borca pul istədim. Mənə 100 manat pul göndərdi. Sonradan mənim üçün xərclədiyi pulun da borc olduğunu bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramal ona 50 manat da göndərib: “Bir dəfə ondan 500 manat borc istədim. Mənə darıxmamağı məsləhət bildi, xəbər edəcəyini dedi. Axşama kimi heç bir xəbər çıxmadı. Ona zəng edəndə mənimlə kobud danışdı, “sənə pul verməliydim?” dedi. Mən evə gələndə evdə qanqaraçılıq olduğunu gördüm. Yoldaşım Ramaldan 500 manat borc pul istəyib-istəmədiyimi soruşdu. Ondan borc istəməyimi haradan öyrəndiyini soruşdum. Yoldaşım Ramalın ona yazdığını bildirdi. Dedi ki, mənim evə gəlib-getməyimə nəzarət etmək məqsədi ilə onun nömrəsini alıbmış”.

Nizamın sözlərinə görə, daha sonra həyat yoldaşı Ramalın ona əxlaqsız təkliflər etdiyini, gizli sevgilisi olmasını təklif edib, əgər razı olsa, kartına 500 manat atacağını bildirib: “Hadisədən 1-2 gün keçdikdən sonra əmim Sədini çağırdım və hadisəni ona danışdım. Əmim vatsap yazışmalarına baxmaq istədi. Yoldaşım yazışmaları sildiyi üçün baxa bilmədik. Əmim yazışmalar olmadığı üçün özümüzü biabır etməməyi məsləhət gördü.

Mən çox içki içdiyim üçün böyüklər arasında etibarımı itmişdim. Bu məsələdə də heç kim mənə inanmadı. Daha sonra atam müalicə üçün Rusiya Federasiyasına qardaşının yanına getdi. Getməmişdən əvvəl mənə tapşırdı ki, Ramal məsələsini bağlayım.

Sentyabr ayının ortalarında mən Şamaxıda yerləşən “555” kafesində içki içən zaman Ramaldan zəng gəldi. Telefonu açanda məni söyməyə başladı. Zənglərinə niyə cavab vermədiyimi soruşdu. Onu kafeyə dəvət etdim. Ramalı qorxutmaq məqsədi ilə mətbəxə getdim və bıçaq götürərək belimə qoydum.

Ramal kafeyə çatanda onun avtomobilinə oturdum. Ramal qulağımın dibində bərkdən qışqıraraq danışmağa başladı. Ona avtomobili qabağa sür dedim. Ramala iki şillə vurdum, belimdən bıçağı çıxararaq yoldaşıma etdiyi hərəkətin səbəbini soruşdum. O, yoldaşıma mesaj yazmadığını bildirdi. Qorxutmaq məqsədi ilə dedim ki, avtomobili qəbiristanlığa sür. Heykəl deyilən ərazidə işıqforda avtomobili saxladı və mənə nə qədər kömək etdiyini bildirdi. Aramızda mübahisə yarandı. Mən özümə bıçaqla xəsarət yetirdim.

Ramal mənə xəstəxanaya getməyi təklif etdi. Mən xəstəxanaya yox, bıçağı qaytarmaq üçün kafeyə getməli olduğumuzu bildirdim. Mən əlimdən xəsarət almışdım”.

Nizam qeyd edib ki, daha sonra Ramala münasibətlərinin bitdiyini söyləyib və onun nömrəsini bloka atıb: “Noyabr ayının ortalarında rəis məni yanına çağırdı və Ramalla aramızda olan problemi özümüzün həll etməyimizi bildirdi. Ramalın nömrəsini blokdan çıxardım və mesaj yazaraq kartını istədim. Onun mənə atdığı karta 150 manat köçürdüm. Mənim oteldə yeyib-içdiyim qıza ödədiyi 300 manat pulu da istədi. Mənim yalnız bu qədər pula gücüm çatdığını bildirərək onu təzədən bloka atdım”.

Nizamın ifadəsinə görə, 21 dekabr 2023-cü ildə şöbədə xidmətdə olan zaman şöbənin qarşısında dayanıb və Ramalın idarə etdiyi “Mercedes S Class” markalı avtomobilinin gəldiyini görüb: “Əməkdaşların yanında mənim 3 azyaşlı uşaqlarımı, anamı, bacımı söydü. Ona yaxınlaşdım və nə məsələ olduğunu soruşdum. Qapını açaraq Ramalı çölə çıxarmaq, ona bir-iki yumruq vuraraq niyə məni biabır etdiyini soruşmaq istədim.

Ramal məni biabır edəcəyini dedi. Daha sonra avtomobillə gedə-gedə yenə də ailə üzvlərimi söyməyə başladı. Mən istirahət otağına getdim və Ramala zəng etməyə başladım. Bu dəfə arvadımı söydü. Mən zəng etdikcə, Ramal ya məşğula atdı, ya da telefonu açaraq məni söydü. Daha sonra bir nəfər şəxsin qaça-qaça yuxarı qalxdığını gördüm. Onun kim olduğunu soruşduqda, əməkdaşlar bayaq mənim söhbət etdiyim şəxs olduğunu bildirdilər. Düşündüm ki, Ramal gedib kiməsə artıq-əskik nəsə danışar, məni iş yoldaşlarımın yanında biabır edər.

Mən qurumun rəhbərinin müavininin otağına qalxdım. Silahım üzərimdə idi. Mən otağa daxil olanda Ramalın müavinə nə isə göstərdiyini gördüm. Mənim haqqımda nə isə dedi. Ramalın mənə etdiyi hərəkətlər, yoldaşıma yazdığı əxlaqsız mesajlar yadıma düşdü. Silahı çıxararaq onu vurdum. Silahı tutaraq bütün güllələri atdım və daraq boşaldıqdan sonra rəis müavini məni qucaqlayaraq otaqdan çölə çıxardı. Əməlimdən peşmanam. Amma Ramalın hərəkətləri onu öldürməyimə səbəb yaradıb”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı bildirib ki, 2023-cü ilin avqust ayında Ramal onlara gəlib və yoldaşı Nizamın borclarına kömək edəcəyi ilə bağlı onun qayınanası və qayınatası ilə danışıb:

“Həmin gün Ramal Nizamla birlikdə gəlmişdi. O, həyat yoldaşımın yanında olacağını bildirdikdən sonra çıxıb getdi. Bir müddət sonra qayınanamdan mənim nömrəmi aldı və bildirdi ki, dayısını narahat etməsinlər, Nizamdan məlumatı özü alacaq. Bir müddət Nizamdan məlumat almaq məqsədi ilə mənə yazdı. Daha sonra yazaraq əxlaqsız təkliflər etməyə başladı, mənimlə cinsi əlaqədə olmaq istədi. Mən isə Nizam bildiyi təqdirdə pis olacağını söyləyərək onun təklifindən imtina etdim.

Bir gün Nizam Ramaldan 500 manat pul istəmişdi. Ramal mənə yazaraq əgər iş yerinə getsəm, onunla cinsi əlaqədə olmağa razılıq versəm, 500 manatı verəcəyini bildirdi. Nizam evə gəldikdə Ramalın söylədiklərini ona bildirdim. Nizam da hadisəni qayınanam və qayınatama danışdı.

Səhəri gün qayınatam öz qardaşını çağırdı, olanları ona söylədi. Biz qərara gəldik ki, hadisəni sakit saxlayaq, heç kimə heç nə bildirməyək. Cinayət hadisəsi olan günə kimi bizim evimizdə bir dəfə də Ramal barəsində danışılmadı. Dekabrın 21-də Nizamın Ramalı ödürdüyü xəbəri çıxdı.

Mən Nizama Ramalın əxlaqsız təklifləri barədə məlumat verdikdən sonra Nizam Ramalın nömrəsini bloka atmışdı, Ramal bir daha onunla əlaqə saxlaya bilməmişdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizam 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Oxunub: 1 198
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:59 | Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
    Dünən, 21:52 | İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
    Dünən, 21:49 | TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
    Dünən, 21:43 | İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
    Dünən, 21:40 | Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
    Dünən, 21:06 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:05 | Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
    Dünən, 21:00 | Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
    Dünən, 19:39 | Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
    Dünən, 19:38 | Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
    Dünən, 19:35 | Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
    Dünən, 19:31 | Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
    Dünən, 19:30 | “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
    Dünən, 17:34 | Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
    Dünən, 17:23 | Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
    Dünən, 16:20 | Abşeronda şəhidlərin anım günləri qeyd edildi
    Dünən, 16:19 | Husilər hərbi düşərgəni vurdu: 40 ölü
    Dünən, 14:37 | Rus ordusu Omelniki işğal etdi
    Dünən, 14:35 | 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
    Dünən, 14:34 | Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
    Dünən, 14:32 | Prezident onları təltif etdi
    Dünən, 14:04 | "Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
    Dünən, 14:03 | Türkiyədə ölənlərin sayı 9-a çatdı
    Dünən, 14:02 | Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı
    Dünən, 13:27 | İlin sonunda əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA
    Dünən, 13:24 | Bayıldakı Doğum Evi təmir edilir
    Dünən, 13:22 | Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - FOTO
    Dünən, 13:18 | Rusiyaya məxsus sərnişin təyyarəsi qəza siqnalı verdi
    Dünən, 13:15 | Sabah yağış yağacaq
    Dünən, 11:40 | Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
    Dünən, 11:27 | Anar Bayramov nazir təyin olundu - Sərəncam
    Dünən, 11:21 | TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman
    18-10-2026, 22:34 | Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
    18-10-2026, 22:06 | Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
    18-10-2026, 22:04 | Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia
    18-10-2026, 22:01 | Parisdə iğtişaşlar yenidən alovlandı
    18-10-2026, 21:59 | İtaliyada etirazlar milyonluq ziyana səbəb oldu
    18-10-2026, 21:56 | Leysan yağacaq, dolu düşəcək - Bu tarixdən hava DƏYİŞİR
    18-10-2026, 21:47 | "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
    18-10-2026, 21:44 | Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" - Video
    18-10-2026, 21:39 | “Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
    18-10-2026, 21:36 | Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - Video
    18-10-2026, 17:53 | Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
    18-10-2026, 17:43 | Xırdalanda yaşayış kompleksində yanğın: Sakinlər danışdılar - Foto/Video
    18-10-2026, 17:38 | Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO
    18-10-2026, 17:36 | Azərbaycanda polis rəisinin müavini vəfat edib
    18-10-2026, 17:31 | Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp
    18-10-2026, 16:59 | 2-ci Liqa: "Ağstafa Gəncləri" əlavə olunmuş dəqiqələrdə məğlub oldu - VİDEO
    18-10-2026, 16:47 | Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"
    18-10-2026, 15:22 | Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.