Salyanda ağır qəza: ölən var
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Elnur Mail oğlu Mədətov yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: