Войти

Məşhur hüquq müdafiəçisi həbs edildi

Gündəm

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

 

Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

 

Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация