Rüstəmxanlı: O, nələrinsə yarımçıq qalmasından qorxurdu
Qənirə Paşayeva ilə tez-tez görüşürdük. Səhhəti yaxşı idi, əhvalı yerində idi. O, acılarını çox hiss elətdirən xanım deyildi. Allah rəhmət etsin, ağır itkidir. Əzizlərinə başsağlığı verirəm. Anasına böyük səbir diləyirəm. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı millət vəkili Qənirə Paşayeva haqqında danışarkən deyib. "Səhhəti ilə bağlı heç vaxt danışmamışıq. O mövzuda aramızda söz olmazdı. Bizim müzakirəmiz millət, vətən idi. Tez-tez telefonla danışır, tədbirlərdə bir yerdə olurduq. Xüsusilə Xocalı ilə bağlı son 20 ildə demək olar ki, onunla birgə bütün türkdilli ölkələrdə olmuşduq. Qənirə xanım çox enerjili insan idi. Bəlkə də hiss edirdi, nə hikmətdirsə, hər şeyi həll etməyə çalışırdı. Nələrinsə yarımçıq qalmasından qorxur, çox çalışırdı. Düşünürəm ki, onun sürətinə kimsə çata bilməzdi. Qənirə xanım ən azından Qarabağın azadlığını, "Qarabağın Azərbaycan" olduğunu gördü. Uğrunda savaş verdiyi millətin torpağının erməni işğalından azad olduğunu gördü. Vətən müharibəsində də cəbhə bölgəsində idi. Qənirə xanım bir davaya baş qoymuşdu, o davanın yolunda fəda oldu. Böyük itkidir. Məkanı cənnət olsun", - o bidlirib.