ADY Gürcüstanla sərnişindaşımaların bərpası məsələsinə münasibət bildirdi
Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur. Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib. “Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib. Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır: "Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: