Azərbaycanda prokurorun avtomobili qəzaya düşdü: xəsarət alanlar var
Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb. "Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir. *** 12:04 Xızı rayonunda yol qəzası baş verib. “Toyota” markalı avtomolbil “Niva” markalı avtomobillə toqquşub. Xəsarət alanların olduğu bildirilir. Məlumata görə, qəzada xəsarət alanlardan biri Xızı rayon prokuroru Xəyala Aslanovadır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlətinin qənaətbəxş olduğu bildirilir.