"28 May" metrostansiyasının yaxınlığında mağazada yanğın olub
Bakının Nəsimi rayonunda mağazada yanğın olub. Hadisə "28 May" metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş: