“Ariel” aldadır, bir yumada ləkə təmizlənmir - Cərimələndi
Məşhur yuyucu vasitə markası olan “Ariel” Türkiyədə cərimələnib. Mediaxeberleri.Az xəbər verir ki, buna səbəb brendin saxta reklamıdır. Belə ki, brendin reklamında 1 yumada ləkəli paltarların təmizlənəcəyi vəd edilir. Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında 1 yumada təmizlənəcəyini iddia etdiyi ləkə nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib. Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən “Procter & Gamble” şirkəti aldadıcı reklam səbəbi ilə 2,2 milyon lirə cərimə edilib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş: