Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Novruz – milli dəyərlərimizi rəmzləndirən bayram

  • Tarix: 15-03-2025, 11:49

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn milli bayramlarımızın ən gözəlidir. Folklor qaynaqlarına bağlı, milli komponentlərlə zəngin, buta anlayışını, günəş simvolikasını rəmzləndirən, milli dəyərlərimizin ən mühüm cəhətlərini özündə ehtiva edən bayramdır. Ümummilli lider Heydər Əliyev demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Həqiqətən də, Novruz bayramı ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Bu bayramda küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, abadlıq, təmizlik işləri görürlər. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Belə şənliklərin birində, 1996-cı ilin 21 martında, Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Ulu Öndər Heydər Əliyev demişdir: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”.

Bu inam özünü doğrultdu. 2020-ci ildə qələbəmizi qazandıq, bayrağımızı geri aldığımız torpaqlarda ən uca zirvələrdə dalğalandırdıq. Xalqın da, dövlətin də varlığı azadlıq və dirilik adlanan nemətdə görünən və dərk olunan dəyər ölçüsünə bağlıdır. Azərbaycan dörd ildir ki, öz tərcümeyi-halında bu ölçünün hər iki miqyasını ehtiva etməkdədir. Azadlığını qazanmış, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə bayramlar da artıq öz əzəli ruhuna, ehtişamına qayıdıb. Təbiət və tarixlə həmmüəllifliyin, irsi qırılmazlığın əsas əlamətlərindən biri də budur: gələcək nəslə abad olan, yaşayan, dirçələn, tərəqqi edən bir Vətən ərməğan etmək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu bacardı! Ölkə başçısı 2021-ci ilin 20 martında Novruz bayramı ilə bağlı xalqa təbriklərini Şuşadan, Cıdır düzündən ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

Bir il sonra, 20 mart 2022-ci ildə Prezident İlham Əliyev Suqovuşanda Novruz bayramı təbriki səsləndirdi və qeyd elədi ki, “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik”.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş yurd yerlərimizdən üçüncü təbrik nitqi isə 18 mart 2023-cü il tarixində Talışdan ucaldı: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram”!

Ötən il Prezident İlham Əliyev 18 mart 2024-cü il tarixində Xankəndində Novruz bayramı təbrikini səsləndirdi: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. … Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür. Həmçinin bu gün Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır. Artıq tam şəkildə ərazilərini bərpa etmiş, güclənmiş, suverenlik qazanmış ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi və mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalıdır.

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması yönündə əhəmiyyətli işlər görülmüş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın bu bayramla bağlı təşəbbüs və əməkləri böyükdür. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bu proses “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində də davam etdirilmişdir.

Bəli, bu gün qloballaşmanın milli ruhumuza, kimliyimizə, adət-ənənələrimizə qarşı yönəlmiş təhdidlərinin qarşısını da ancaq Novruz bayramı kimi dəyərlərimizə sahib çıxmaqla ala bilərik.

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru


Oxunub: 3 167
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.