Войти

Ağstafada zəhərlənmə "FƏDƏK" restoranında olub: AQTA araşdırmaya başlayıb

Ölkə

Dünən Ağstafada 10 nəfər dönərdən zəhərlənib.


Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun özündə yerləşən "FƏDƏK" restoranında qeydə alınıb. Bu barədə restoranın müştərisi jurnalist Elnur Quliyev məlumat verib. 


O iddia edib ki, zəhərlənənlər restoranda dönər yedikdən sonra zəhərləniblər:


İaşə müəssisələrinin rəhbərləri zəhərlənmə təhlükəsini nəzərə almalıdırlar. Mayonezli, souslu, kremli məhsulların istifadəsini azaltmalıdırlar. Onlardan istifadə olunmaması daha məqsədəuyğundur. Toyuq məhsulu, xüsusilə bişirilib soyudulmuş toyuqlar təhlükəlidir. 
Xarici ölkələrə məxsus şirkətlərdə Azərbaycandan fərqli olaraq bütün gigiyenik normaların qorunmasına görə hər ay işçilərlə yanaşı, müdiriyyətə də təlimlər keçirilir:
 "Təlimdən sonra sənədə imza atılır və imtahan verilir. Hər hansı bir oteldə, restoranda zəhərlənmə halı baş verərsə, sistemdə olan hər kəs cavab verməlidir".


AQTA-dan isə “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, qeyd olunan məsələ nəzarətə götürülüb:

“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.

Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация