Goranboyda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ
Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub. 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Oxunub: 840
Xəbəri paylaş
Paylaş: